Vatsap Plus Yukle

Vatsap Plus Yukle 2022

Hazırkı dövrdə hər bir smartfon istifadəçisinin telefonunda mövcud olan tətbiq hansıdır deyə bir araşdırma aparsaq, bu, şübhəsiz ki WhatsApp olacaqdır. İstər mesajlaşma olsun, istər səsli danışıq, istərsə də fayl mübadiləsi  istifadəçilərin bunlar üçün ən çox istifadə etdiyi tətbiq WhatsApp-dır. Şübhəsiz ki, belə bir halın mövcudluğu ilə WhatsApp Plus və digər üçüncü tərəf tətbiqlərin gündən günə artması olduqca normaldır. Bu yazıda sizlər üçün Vatsap Plus-ın ən son versiyasının yükləmə linkini verəcək və bəzi funksiyaların işləmə qaydası ilə tanış edəcəyik.

WhatsApp öz funksiyalarına görə son dərəcə populyardır, lakin yeni VatsApp Plus versiyası orijinal tətbiqindən fərqli daha cəlbedici xüsusiyyətlərə malikdir. WhatsApp Plus Yukle dedikdə ağıla gələn bir neçə modifikasiya olunmuş tətbiq olsa da bu gün paylaşacağımız tətbiq istifadəçilər üçün olduqca əlverişli bir alternativdir və bir çox inkişaf etmiş funksiyalara malikdir.

WhatsApp Plus tətbiqini quraşdırmaq istəyirsinizsə, orijinal WhatsApp-ı silməyinizə ehtiyac yoxdur. WhatsApp Plus-ı orijinal tətbiq ilə birlikdə istifadə edə bilərsiniz.

VatsApp Plus 2022 bir çox xüsusiyyətlərə malikdir və bu funksiyaların hamısını tətbiqi mobil cihazınıza yükləyərək əldə edə bilərsiniz. WhatsApp Plus-ın funksiyaları aşağıdakılardır:

  • Avtomatik cavab seçimi. Bu funksiyanı aktiv edərək məşğul olduğunuz zamanlarda sizə yazan şəxslərə avtomatik cavab mesajı göndərilməsini təmin edə bilərsiniz.
  • DND. Android telefonunuzda başqa proqramdan istifadə edirsinizsə və bu müddət ərzində WhatsApp-dan mesaj, zəng və s. qəbul etmək istəmirsinizsə, DND funksiyasından istifadə edərək yalnız WhatsApp Plus üçün internetə girişi bloklaya bilərsiniz.
  • Yayım mesajları. İstədiyiniz şəxslərə toplu yayım mesajları göndərə bilərsiniz.
  • Anti-revoke. Bu funksiya ilə qəbul etdiyiniz mesajların göndərən şəxs tərəfindən siliməsinin qarşısını ala bilərsiniz.
  • Möhtəşəm Effektlər. Dostlarınıza şəkillər göndərərkən bənzərsiz effektlərdən istifadə edə bilərsiniz.
  • Çoxlu sayda şəkil göndərin. Orijinal versiyada tək səfərdə şəkil göndərmək üçün kiçik bir limit var, WhatsApp Plus ilə bu limit də aradan qalxır.
  • Daha böyük həcmdə videolar. WhatsApp Plus ilə böyük həcmli videolarınızı göndərə bilərsiniz.
  • Rəngarəng temalar. WhatsApp-ın sabit teması sizə darıxdırıcı gəlirsə onu WhatsApp Plus ilə dəyişdirə bilərsiniz.

WhatsApp Plus bilindiyi kimi orijinal WhatsApp tərtibatçıları tərəfindən deyil, digər tərtibatçılar tərəfindən hazırlanan və istifadəyə verilən WhatsApp-ın dəyişdirilmiş versiyasıdır. Belə olan halda istifadəçilərin ağlına gələn ilk sual “bu tətbiqi işlətmək təhlükəlidirmi?” olur. Cavab üçün bildirək ki,  WhatsApp Plus ilə göndərilən və qəbul edilən mesajların, faylların mübadilərsi orijinal WhatsApp serverləri üzərindən aparılır və WhatsApp tərəfində tam şifrələnir. Yəni, üçüncü tərəf şəxslərin mesajları, faylları görmə ehtimalı yoxdur.

WhatsApp Plus-ın ən son versiyasını yükləməzdən əvvəl, smartfonunuzun naməlum mənbələrdən proqramlar quraşdırmağa icazə verib-vermədiyini yoxlayın. Əgər bu tətbiqi ilk dəfə quraşdırırsınızsa, böyük ehtimal bu icazə smartofununuzda deaktivdir. Aktiv etmək üçün aşağıdakı addımları izləyin:

  1. İlk addım smartfonunuzda Parametrlər menyusunu açmaqdır.
  2. Parametrlər menyusunda səhifənin aşağısına keçin. Təhlükəsizlik tabına daxil olun.
  3. “Naməlum mənbələrdən proqramların quraşdırılmasına icazə verin” seçimini burada tapa bilərsiniz. Bəzi telefonlarda “Naməlum Mənbələr” başlığı ilə də görünə bilər. Həmin tabın üzərinə klikləyin və ekrana çıxan bildirişdə İcazə ver və ya aktivləşdir düyməsinə klikləyin.
  4. İcazəni aktivləşdirməyi tamamladıqdan sonra Finish düyməsini klikləyin.

Yuxarıdakı addımları tamamladıqdan sonra artıq WhatsApp Plus-ı yükləmək və quraşdırmaq üçün smartfonunuz hazır olacaqdır. Aşağıda verilən yükləmə linki ilə tətbiqi yükləyin, quraşdırın və istifadə etməyə başlayın. Xoş istifadələr 🙂

 

YÜKLƏMƏ LİNKİ

 

3 thoughts on “Vatsap Plus Yukle

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.