GBWhatsApp Yukle

GBWhatsApp Yukle

GBWhatsApp – 2022 Ən Yeni Versiya – Ən Stabil MOD

WhatsApp-ın bu gün ən populyar mesajlaşma tətbiqləri arasında olduğunu danmaq olmaz. Tətbiq demək olar ki, bütün platformalarda istifadə olunu və Android, iOS, Windows və s. kimi platformalar üçün əlçatandır. Rəqibləri ilə müqayisədə WhatsApp heyrətamiz xüsusiyyətlər və funksiyalar təqdim edir. WhatsApp-ın orijinal versiyasının möhtəşəm funksiyaları olsa da bəzən bu funksiyalar bir çox istifadəçilər üçün kifayət etmir. Belə olan anda WhatsApp-ın modifikasiya olunmuş versiyaları ön plana çıxır.

Əvvəlki yazılarda da qeyd etdiyimiz kimi, Vatsapın ən populyar mesajlaşma proqramı olması bir çox fərdi proqramçının marağını cəlb edir və onlarla modifikasiya edilmiş tətbiqlər ərsəyə gəlir. Bu tətbiqlərdən biri də rus proqramçı tərəfindən hazırlanan GBWhatsApp Yukle tətbiqidir.

GBWhatsApp WhatsApp istifadəçiləri üçün alternativ və dəyişdirilmiş versiyadır. Sadə WhatsApp artıq sizə darıxdırıcı gəlirsə GBWhatsApp sizin üçün mükəmməl bir alternativdir. Bu yazıda sizə GBWhatsApp (GB VatsApp Plus) haqqında ətraflı məlumat verəcək, funksiyalar və onların işləmə prinsipi ilə tanış edəcəyik və əlbəttə səhifənin sonunda yükləmə linki yerləşdiriləcək.

WhatsApp Plus Yukle

GBWhatsApp səsli və görüntülü formada dostlarınız və ailənizlə söhbət etməyə imkan verən pulsuz və fərdiləşdirilə bilən tətbiqdir.GB WP rəsmi WhatsApp-a alternativdir və bir çox gözəl funksiyalara malikdir.

Qeyd etdiyimiz kimi GBWhatsApp WhatsApp Aze Plus, VatsApp Plus,  WhatsApp AzerPro, və digərləri kimi rəsmi tətbiqin sadəcə bir modudur. GBWhatsApp-ın üstün cəhəti ondan ibarətdir ki, onu tətbiqin rəsmi versiyası ilə birlikdə də istifadə edə bilərsiniz. O, həmçinin digər modlarla müqayisədə daha çox funksiyalara malikdir.

GBWhatsApp Nədir?

GBWhatsApp orijinal mesajlaşma proqramına bənzəyir. GBWA da orijinal WhatsApp-da olduğu kimi söhbətə, fayl paylaşımına, səsli və video zənglərə imkan verir. Lakin orijinal WhatsApp-dan fərqli olaraq əlavə bir neçə mükəmməl funksiya da təqdim edir. Gəlin bu funksiyalarla ətraflı tanış olaq.

  • GBWhatsApp ilə minlərlə pulsuz temalardan istifadə edib WhatsApp-ın daxili görkəmini dəyişə bilərsiniz.
  • GBWhatsApp eyni cihazda ikili WhatsApp-dan istifadə etməyə imkan verir. Eyni vaxtda GB VatsApp ilə orijinal Whatsapp-dan istifadə edə bilərsiniz.
  • GBWhatsApp ilə statusları tək dümyə ilə yükləyə bilərsiniz.
  • Tipik WhatsApp-dan fərqli olaraq, GBWhatsApp-da videolar, şəkillər, APK faylları, 50MB-a qədər mahnılar kimi nəhəng faylların göndərilməsi mümkündür.
  • Söhbət gizlətmə funksiyasından istifadə edərək GBWhatsApp ilə söhbətlərinizi gizlədə bilərsiniz.
  • GBWhatsApp onlayn statusunuzu gizlətməyə imkan verir.
  • Eyni anda 10-a qədər şəkil paylaşa bilərsiniz.
  • GBWhatsApp istifadəçiləri emojiləri fərdiləşdirə və digər istifadəçilər üçün əlçatan olmasını təmin edə bilərlər. Bu olduqca əyləncəlidir!
  • GBWhatsApp-da istədiyiniz qədər stiker əlavə edin və istifadə edin.
  • Menyuda və bildiriş panelinizdə proqram ikonunu dəyişə bilərsiniz.
  • GBWhatsApp yalnız WhatsApp-ın biznes versiyasında mövcud olan avtomatik cavablama funksiyasını da təklif edir. Beləliklə, GBWhatsApp ilə də oflayn olsanız, sizə mesaj yazan hər kəsə cavab avtomatik olaraq göndərilir.
  • Bazada mövcud olan temalarla yanaşı özünüz də tema dizayn edə bilər və onu digər istifadəçilər üçün əlçatan edə bilərsiniz.
  • Uzun video statusu ən yaxşı funksiyalardan biridir. Bu xüsusiyyət orijinal versiyada 30 saniyə ilə məhdudlaşır, lakin GBWhatsapp 2022-də 7 dəqiqədir.
  • Əlavə proqrama ehtiyac olmadan GBWhatsApp-a daxilolma üçün parol təyin edə bilərsiniz ki, yazışmalarınız təhlükəsiz qalsın.
  • WhatsApp-da quraşdırılmış video player var, lakin VatsApp Plus GB ilə siz üçüncü tərəf video player-dən istifadə edə bilərsiniz.
  • Müəyyən şəxslərlə olan yazışmalarınızı söhbətlər ekranında ən üstə sabitləyə bilərsiniz
  • Silinmiş mesajları görə bilərsiniz. Sizə göndərilib sonradan göndərən tərəfindən silinən mesajlar artıq sizin telefonunuzdan silinməyəcək. 
  • Silinmiş statusları görə bilərsiniz. Paylaşılıb, lakin sonradan silinən statuslar da sizin üçün silinməyəcək və statuslar panelində baxmanız üçün sizi gözləyəcək.
  • HD formatda şəkil və videolar. Bildiyiniz kimi WhatsApp-da şəkil və video göndərərkən keyfiyyət itkisi baş verir. GBWhatsApp bu problem üçün də həll yolu təklif edir, şəkil və videolarınızı HD formatda keyfiyyət itkisi olmadan göndərə bilərsiniz. 

Android cihazınız üçün VatsApp-ın modifikasiya olunmuş versiyalarını nəzərdən keçirirsinizsə, onların təhlükəsizliyindən narahat ola bilərsiniz. Üçüncü tərəf proqramçılar tərəfindən hazırlandığı üçün cihazınıza virus daxil olma riski daha yüksəkdir. Bu cür viruslar məlumatlarınıza zərər verə bilər və bütün kontaktlarınızı və söhbətlərinizi itirməyinizə səbəb ola bilər. Bunun üçün digər modifikasiya olunmuş versiyalar yerinə daha populyar və daha təhlükəsiz versiya olan GBWhatsApp-dan istifadə etməyinizi məsləhət görürük.

Vacap plus yukle

WhatsApp Plus Yukle

GBWhatsApp-ı yükləmək üçün aşağıdakı yükləmə linkinə daxil olun. Yükləmə avtomatik başlayacaq və telefonunuza yüklənəcək. Yükləmə tamamlandıqdan sonra faylın üzərinə klikləyin və quraşdırmanı başladın.

YÜKLƏMƏ LİNKİ

 

 

 

3 thoughts on “GBWhatsApp Yukle

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.